Ceyhun Əbdülhüseyn oğlu Hacıbəyli
1891-ci ildə fevral ayının 2-də məşhur
Hacıbəylilər qardaşları – Üzeyir, Zülfüqarın
ailəsində anadan olmuşdur. Qədim Şuşa
qalasının füsunkarlığı və ailənin
savadlılığı Ceyhuna da təsir etmişdir.
İlk təhsilini Şuşadakı rus-tatar
məktəbində olan C. Hacıbəyli sonra təhsilini
Bakıda başa vumuş milyonçu Murtuz Muxtarovun vəsaiti
və köməkliyi ilə Peterburq universitetinin hüquq
fakültəsinə daxil olmuşdur. Bir ildən sonra
Paris şəhərində Sorbanka universitetinə dəyişilir
və siyasi biliklər məktəbində təhsilini
davam etdirir. Burada təhsillə yanaşı, jurnalistlik
fəaliyyətini də davam etdirir. C. Hacıbəyli
bədii ictimai-siyasi yaradıcılığında
tərcüməyə də böyük maraq göstərmişdir.
1909-cu ildə Turgənəvin «Pulsuzluq»
komediysını dilimizə tərcümə etmişdir.
Bu tərcümə əsəri Ceyhun Hacıbəylinin
bir dramaturq-tərcüməçi kimi yüksək
istedadından xəbər verir.
1919-cu il yanvar ayının birinci oncünlüyündə
«Müsavat» partiyası adından Əlimərdan Topçibaşovun
rəhbərliyi altında Versal sülh konfransına
göndərilən nümayəndə heyyəti tərkibində
Ceyhun Hacıbəyli də var idi. Elə bu ildən
də o, ömrünün sonuna qədər Parisdə
yaşayıb yaratmışdır.
1928-ci ildə «Azərbaycan» qəzetini
idarə edib və «Azərbaycan» adlı məqaləsində
qəzetin təsisində yaxından iştirak edən
Nəsib bəy Yusifbəli, Şəfi bəy Rüstəmbəyli,
Ələkbər bəy Rəfibəyli və başqalarının
adlarını fəxrlə çəkir.
C. Ə. Hacıbəyli 1962-ci ildə Parisdə
vəfat etmişdir.